Home AZ | EN | RU

“Rənglərin sehri: psixologiya dünyasından ədəbi aləmə” mövzusunda elmi seminar

11/12/2017

Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Rənglərin sehri: psixologiya dünyasından ədəbi aləmə” mövzusunda tələbə elmi seminarı keçirilib. Seminara fakültənin bakalavriat, magistrant və doktorantları qatılıb. Mövzu üzrə məruzə edən Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dissertantı Gülnar Axundova rənglərlə bağlı olduqca maraqlı faktlardan danışıb. O, rənglərin insan həyatındakı rolundan, psixoloji və estetik faktor kimi əsas əlamətlərindən, bu bardə görkəmli elm və incəsənət xadimlərinin fikirlərindən söz açıb, hətta iştirakçılarla bərabər əyani eksperiment aparıb. Məruzəçi Azərbaycan ədəbiyyatında rənglərlə bağlı əsas məsələlərə toxunub, onların poetikası və bədii-estetik  inikası haqqında məlumat verib.    
Sonra mövzu ilə əlaqədar çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. Doktorantlardan Ramil Bayramov, magistrantlardan Pərvin Rəhimov, İntizar Əlizadə, Murad Əmənov, tələbələrdən Aynur Mustafayeva, Günel Quliyeva və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, növbəti elmi seminarın mövuzusu haqqında təkliflər səsləndiriblər.

 

Bookmark and Share