Home AZ | EN | RU

Rus ədəbiyyatı tarixi kafedrasında elmi seminar keçirilib

25/11/2022

BDU-nun Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasında “Ədəbi tənqidin metodları: rus ədəbiyyatının qiymətləndirilməsində tendensiyalılıq” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda kafedranın əməkdaşları və magistrantları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın professoru Qafar Hüseynov XIX əsr rus ədəbiyyatında yaranan ədəbi tənqid metodlarını izləməklə ədəbi nümunələrin qiymətləndirilməsində oxşar və fərqli cəhətləri üzə çıxarıb, müasir dövrdə aparılan tədqiqatların vacibliyini diqqətə çatdırıb.
Sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb.

Bookmark and Share