Rus dili (humanitar fakültələr üzrə) kafedrasında növbəti elmi seminar
24/11/2022BDU-nun Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasında “Rus dilinin tədrisi prosesində mədəniyyətlarası kommunikasiyanın aspektləri” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Həyat Tağıyeva bildirib ki, “seminar linqvistik materialın mənimsənilməsində mədəniyyətlərarası kompetensiya fonunda Azərbaycan bölməsinin tələbələrinə rus dilinin xarici dil kimi tədrisinin xüsusiyyətlərinə həsr olunub. “Rus dünyası”nın “yumşaq güc” kimi konsepsiyası Rusiyanın müasir rəhbərliyinin xarici və daxili siyasətindəki mənfi tendensiyaları özündə cəmləşdirmiş “Rusiya dünyası” anlayışına qarşıdır. Tələbələrin rus dilinə marağının artırılmasının katalizatoru tələbələrin rus xalqının nümayəndələri tərəfindən yaradılmış ən gözəl ədəbiyyat, incəsənət, mədəniyyət nümunələri ilə məqsədyönlü şəkildə tanış olmasıdır”.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, məruzəçiyə suallar ünvanlanıb.
