Home AZ | EN | RU

Rus dilçiliyi kafedrasında elmi seminar keçirilib

05/05/2017

Rus dilçiliyi kafedrasında “Cümlənin semantik təşkilati problemləri” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan kafedra müdiri, professor Lalə Quliyeva  bəhs olunan mövzunun xüsusiyyətlərini qeyd edib. L.Quliyeva bildirib ki, müasir sintaksisdə cümlə üç aspektdə öyrənilir: formal (konstruktiv qululuş), kommuninikativ (cümlənin aktual bölünməsi) və məna, yaxud semantik  aspektlərdə. Məhz bu son aspekt elmi seminarın mövzusu kimi müzakirəyə təqdim olunub. Kafedranın dosenti Elvira Heydərova məruzə ilə çıxış edərək semantik aspektin sintaksisin öyrənilməsində yeni səviyyə olduğunu seminar iştirakçılarının nəzərinə çatdırıb.  O, semantik sintaksisin öyrənilmə tarixindən söz açıb, rus alimləri N.Y.Şvedovun, T.B.Alisovun və başqalarının bu istiqamətdəki tədqiqatlarından, cümlənin semantik strukturunun komponentlərindən danışıb. Elmi seminar müzakirələrlə davam edib.

Bookmark and Share