Home AZ | EN | RU

Rusiya mətbuatında Rus dilçiliyi kafedrası alimlərinin nailiyyətləri qiymətləndirilib

14/02/2018

14 fevral 2018-ci il tarixində Rusiyanın nüfuzlu qəzetlərindən biri, dünya və rus elminin nailiyyətlərinin nəşri üzrə ixtisaslaşdırılmış «Независимая газета»da Andrey Vaqanovun “Söz daşıyıcısı. Kainat, insan, insan dili” adlı məqaləsi çap olunub. Məqalədə eyni zamanda Azərbaycanın tanınmış filoloq alimlərinin tədqiqatlarından geniş bəhs olunub. Belə ki, BDU-nun Rus dilçiliyi kafedrasının müdiri, professor Lalə Quliyeva və həmin kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Elvira Heydərovanın birgə tərtib etdikləri “Azərbaycanda rus şivələrinin leksikonu” adlı dialektoloji lüğət və dosent E.Heydərovanın “Azərbaycanda rus şivələrinin dil portreti” adlı monoqrafiyası haqqında ətraflı söz açılıb.


Məqalənin internet ünvanı:
http://www.ng.ru/science/2018-02-14/15_7172_paper.html

Bookmark and Share