Home AZ | EN | RU

İslam Həmrəyliyi Oyunlarının qalibi Fəridə Abiyeva Elmi şurada təbrik edilib

15/05/2017

Filologiya fakültəsində Elmi şuranın növbəti iclası keçirilib. İclasda IV kurs tələbələrinin II semestr yay imtahan sessiyası və aktiv pedaqoji təcrübənin təşkili, buraxılış işləri və magistr dissertasiyalarının vəziyyəti, fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə qəbul olunmuş doktorantların dissertasiya mövzularının təsdiqi, müəllimlərin seçkisi və cari məsələlər müzakirə olunub.
Tədbiri açıq elan edən fakültə dekanı, dos. Elçin Məmmədov öncə IV İslam Həmrəyliyi Oyunlarında Karatenin kumite yarışında 61 kiloqram çəki dərəcəsində qızıl medal qazanmış Filologiya fakültəsinin “Dil və ədəbiyyat müəllimliyi (Rus dili üzrə)” ixtisası üzrə IV kurs, 066 qrup tələbəsi Fəridə Ruzinur qızı Abiyevanı şura üzvlərinə təqdim edib. Bildirib ki, Fəridə 2015-ci ildə Bakıda keçirilmiş Avropa oyunlarının da qalibi olub. 5 yaşından karate ilə məşğul olan tələbəmiz 10 qat respublika çempionu və dünya kubokunun sahibidir. Dekan fakültə adından çempion xanıma hədiyyə təqdim edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra iclas gündəlik məsələlərin müzakirəsi ilə davam edib. Tədris-Metodiki Şurasının sədri, prof. Məhərrəm Məmmədli, Elmi işlər üzrə dekan müavini, prof. Nizami Xəlilov, pedaqoji təcrübənin rəhbəri, dos. Əhəd Cavadov və başqaları cari məsələlər haqqında geniş çıxış edib, bir sıra problemlər ətrafında müzakirələr aparıblar.

Parvin Eyvazov adlı şəxsin şəkli.

 

Bookmark and Share