Home AZ | EN | RU

Slavyan Yazısı və Mədəniyyəti Gününə həsr edilmiş dərs - bilik yarışması keçirilib

24/05/2023

Məlum olduğu kimi, mayın 24-də bütün slavyan dünyası Slavyan Yazısı və Mədəniyyəti Gününü qeyd edir. Bu münasibətilə BDU-nun Rus dilçiliyi kafedrasının dosenti Elvira Heydərova Slavyan Yazısı və Mədəniyyəti Gününə həsr edilmiş dərs - bilik yarışması keçirib.
«Filologiya (Rus dili  və ədəbiyyatı)» ixtisası üzrə təhsil alan 2-ci kurs 154-cü qrupunun tələbələri aşağıdakı mövzulara aid prezentasiya və məruzə ilə çıxış ediblər:
1. Ukrayna ədəbi dilinin formalaşması: Rzayev Hamlet Elçin oğlu, İmanova Nigar Məhəbbət qızı, Eminova Günel Elşən qızı.
2. Belarus dilinin inkişafı: Qulamova İranə Vaqif qızı, Əmirova Nəzrin Elşad qızı, Kazımova Laman Rauf qızı.
3. Polşa ədəbi dili: Kərimova Vüsalə Ədalət qızı, Abdullayeva Həcər Gündüz qızı, Ha-calı Xaqan Elnur oğlu.
4. Çex ədəbi dilinin inkişafı. Yan Qusun Fəaliyyəti: Piraliyeva Tamara Mahirovna,  Ağaverdiyeva Gülzar Bəhruz qızı.
5. Bolqar ədəbi dilinin formalaşması: Vəlizadə Həlimə Şahin qızı, Məcidova Zarema Saqidovna.
6. Serb dilinin qrafik islahatları (Vuk Karadjiç): Ali-zade Əsmər Vüsal qızı, Seyidova Səbinə Rahimovna, Bafadarov  Ələkbər Ələmdar oğlu.
7. Хorvat dilinin qrafik islahatları (Ludevit Qay): Əsgərov Hüsein Rauf oğlu, Dadaşlı Teymur Hacıbala oğlu, Babayev Əli Əhməd oğlu.
8. Makedoniya ədəbi dilinin yaranması: Bədəlzadə Bəturə Xanlar qızı.
Komandalara bölünən tələbələr təqdim edilən məlumata yaradıcı münasibətlərini göstəriblər. Hər bir komanda çıxışlarını öz əlləri ilə hazırlanmış illüstrativ materialla müşayiət edib.

Bookmark and Share