Home AZ | EN | RU

Su çərşənbəsi və Hüseyn Cavid yaradıcılığına həsr olunmuş elmi seminar

28/02/2018

Filologiya fakültəsində Azərbaycan  şifahi  xalq ədəbiyyatı kafedrasının təşkilatçılı ilə  Hüseyn Cavid yaradıcılığına həsr olunmuş Elmi seminar və Su  Çərşənbəsi ilə bağlı tədbir keçirilib. Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tədbiri açıq elan edərək dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanan Hüseyn Cavidin yaradıcılıq yolundan söz açıb. Tədbirdə çıxış edən Hüseyn Cavidin Ev Muzeyinin  Elmi-Ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva muzeyin gördüyü işlərdən danışıb. “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının magistrantı Aynurə Allahverdiyeva “Hüseyn Cavid və Folklor”, “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının magistrantı Zöhrə İmamverdiyeva  “Cavid yaradıcılığına baxış” adlı məruzələrlə çıxışlar ediblər. Tədbir boyu “Folklor” dərnəyinin üzvləri Cavid Quluyevin, Əliqulu Bədirlinin, Nərminə Xanəliyevanın, Nigar Cəfərzadənin təqdimatında kompozisiyalar göstərilib, aparıcılar Elnur Soltanov  və  Nuranə Rüstəmli  Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı əsas məqamları tamaşaçılara çatdırıb. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri Cəlal Əliyevin və Zaur Alıyevin ifasında Hüseyn Cavidin sözlərinə yazılmış  mahnılar səsləndirilib. Tədbir İlk Çərşənbəyə  təsadüf etdiyi üçün Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantı Arzu Məmmədova  bu haqda məlumat verib. Sonda Azərbaycan  şifahi  xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova elmi seminarın əhəmiyyətindən söz açaraq  ilk Çərşənbə münasibətilə hər kəsi  təbrik edib.

 

Bookmark and Share