Home AZ | EN | RU

Sumqayıt Dövlət Universitetinin müəllimləri BDU-nun Filologiya fakültəsində təcrübə keçib

17/12/2019

Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının üç nəfər müəllimi Günel Baxşeyiş qızı Qafarova, Aybəniz Əbil qızı Məmmədova və Leyla Allahqulu qızı Əliyeva  06 noyabr 2019-cu il tarixindən 13 dekabr 2019-cu il tarixinədək Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında təcrübə keçib.  
2019-cu il dekabrın 17-də BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında təcrübənin nəticələrinə dair hesabat iclası keçirilib. Kafedra müdiri, professor İ.Hacıyeva iclası açaraq bildirib ki, hər üç müəllim 06.11.2019-cu il tarixindən 13.12.2019-cu il tarixinədək Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında təcrübə keçib. Bu müddətdə onlar kafedranın fəaliyyəti ilə maraqlanıb, dərslərdə iştirak edib və müxtəlif mövzularda referatlar yazıblar. Referatlara kafedranın əməkdaşları müsbət rəy verib.
Sonra təcrübəçi müəllimlər yazdıqları referatların məzmunu haqqında məlumat verib, onlara yaradılan şəraitə və göstərilən diqqətə görə razılıqlarını bildiriblər.

 

Bookmark and Share