Home AZ | EN | RU

“Söz” Yaradıcılıq Birliyində gənc yazarın əsərləri müzakirə olunub

15/04/2022

BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin təşəbbüsü ilə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi, gənc yazar Gülnaz Nağızadənin “Femidanın gözləri” və “Qordi düyünü” kitablarının müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Söz” Yaradıcılıq Birliyinin rəhbəri, Filologiya fakültəsinin ikinci kurs magistrantı Gülay Tahirli gənc yazarın tərcümeyi-halı və yaradıcılığı ilə iştirakçıları tanış edib.  
Gülnaz Nağızadə “Söz” Yaradıcılıq Birliyi tərəfindən kitablarının müzakirəsinin təşkil edilməsinə görə təşəkkürünü bildirib, erkən yaşlarından başladığı ədəbi yaradıcılıq yolundan, nəşr olunmuş əsərlərindən bəhs edib.
Sonra tədbirdə iştirak edən tələbə və magistranlar müəllifin əsərləri ilə bağlı müzakirələr aparıblar. Müzakirələrdə əsərlərin ideya-mövzu və janr xüsusiyyətləri, dil-üslub özəllikləri təhlil olunub, oxucular yazara öz təklif və tövsiyələrini veriblər.
Tədbirdə həmçinin ədəbi yaradıcılıq metodları, müasir ədəbi proses, yazı sənəti kimi müxtəlif məsələrə də toxunulub.

Bookmark and Share