Home AZ | EN | RU

Tanınmış ədəbiyyatşünas alim Abdulla Abasov vəfat edib

23/02/2021

BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, tanınmış ədəbiyyatşünas alim Abdulla Abasov vəfat edib.
A.Abasov 9 mart 1930-cu ildə anadan olmuşdur. 1944-cü ildə orta məktəbi bitirmiş­dir. 1951-1955-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil almışdır. 1965-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1976-cı ildə professor elmi adı almışdır. 1966-cı ildən Filologiya fakültəsinin qiyabi şöbəsində baş metodist, 1967-ci ildən Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim, 1969-cu ildə Filologiya fakültəsinin əyani, 1970-1980-cı illərdə qiyabi şöbəsində dekan müavini işləmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.
Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
Allah rəhmət eləsin!

Bookmark and Share