Home AZ | EN | RU

Tanınmış ədəbiyyatşünas alim, professor Təhsin Mütəllimovun 90 illiyinə həsr olunmuş respublika elmi konfransı keçiriləcək

25/03/2022

Bakı Dövlət Universitetində 20 aprel 2022-ci il tarixində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü, böyük alim və təcrübəli pedaqoq Təhsin Mütəllimovun anadan olmasının 90 illiyinə həsr  olunmuş “Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfransın gündəliyi
I bölmə:
Təhsin Mütəllimovun elmi-pedaqoji fəaliyyəti
II bölmə:
Azərbaycan ədəbiyyatşünaslığının inkişaf istiqamətləri
III bölmə:
Azərbaycan ədəbiyyatında dil və üslub məsələləri
Yazı qaydaları: Arial, şrift 12, soldan 2,5; sağdan 1,5;  yuxarı 2; aşağı 2, interval 1,5. Məqalənin həcmi 5 səhifədən az olmamaqla, A4 formatında tərtib edilməlidir. Müəllifin adı və soyadı mətnin əvvəlində səhifənin sağ küncündə, işlədiyi və ya təhsil aldığı müəssisə isə (qeyd *) işarəsi ilə 1-ci səhifənin sonunda göstərilməlidir. Elektron poçt ünvanı və telefon nömrəsi ad və soyadın altında qeyd edilməlidir. Məqalənin əvvəlində ingilis dilində xülasə və 5 açar söz yazılmalıdır. Məqalələrin səhifələri nömrələnməməlidir.
Məqalələrin göndərilməsi üçün son tarix: 31 mart 2022-ci il
Qəbul olunmuş məqalələrin elanı: 11 aprel 2022-ci il.
Məqalələri [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə telefonu: 0503441135


TƏŞKİLAT KOMİTƏSİ

Bookmark and Share