Home AZ | EN | RU

Tədris-Metodik Şuranın növbəti iclası keçirilib

10/04/2017

Filologiya fakültəsində Tədris-Metodik Şuranın növbəti iclası keçirilib. İclasda dərs prosesinin təşkili, sillabusların hazırlanması, dərslərin gedişi, auditoriyada müəllimin nitqi, jestlərdən istifadə, tələbələrinin biliyinin qiymətlədirilməsi, mühazirə və məşğələnin yeni formaları və s. məsələlər müzakirə olunub. TMŞ-nin sədri professor Məhərrəm Məmmədli iclası açıq elan edərək mövcud problemlərdən və yeniliklərdən danışıb. Dekan müavini, dos. Cavanşir Muradov fakültədə dərs prosesinin gedişatı və yeni təlim texnologiyaları haqqında məlumat verib. Sonra şura üzvlərindən prof. S.Məhərrəmova, dos. Sevinc Qocayeva, dos. Reyhan Həbibli və dos. A.İsmayılova çıxış edərək müxtəlif təkliflər və tövsiyələrini bildiriblər.

 

Bookmark and Share