TEB “Dil və gender” mövzusunda elmi seminar keçirib
18/12/2017Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Dil və gender” mövzusunda elmi seminar keçirilib. Seminara fakültənin bakalavriat, magistrant və doktorantları qatılıb. Elmi seminarın rəhbəri, I kurs magistrant İntizar Əlizadə tədbiri açıq elan etdikdən sonra söz məruzəçiyə verilib.
Mövzu üzrə məruzə edən “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Anar Fərəcov dil və gender məsələsi ilə bağlı olduqca maraqlı faktlardan danışıb. O, dünya dilçiliyində bu məsələnin araşdırılma miqyasından, gender faktının müxtəlif sahələrdə olduğu kimi, dildə əsas ifadə əsas formalarından bəhs edib. Kişi və qadın nitqindəki fərqlilikləri sosiolinqvistik aspketdən təhlil edən məruzəçi Azərbaycan dilinin materialları əsasında çoxlu müqayisələr aparıb, iştirakçıların diqqətini cəlb etmək üçün videoçarx nümayiş etdirib. Dil materialları və real faktlar əsasında izah olunan mözvu tələbələrin marağına səbəb olub.
Sonra mövzu ilə əlaqədar maraqlı çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. Doktorantlardan Pərvin Eyvazov, Ramil Bayramov, magistrantlardan İntizar Əlizadə, Murad Əmənov, tələbələrdən Aynur Mustafayeva, Elnur Soltanov, Aynur Rzayeva, Qismət Cəfərov və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.
Bununla da TEB-in 2017-ci il üçün nəzərdə tutduğu təbirlər planı uğurla başa çatıb.
