Home AZ | EN | RU

TEB üzvləri şair Vüqar Əhməd və Xalq artisti Firuz Əliyevlə görüşdə

15/04/2017

BookZone Kitab evində görkəmli nəğməkar şair, filologiya elmləri doktoru professor Vüqar Əhməd və Milli Konservatoriyanın dosenti, Xalq artisti, tarzən Firuz Əliyevlə görüş keçirilib. Görüşdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri, kitab evinin əməkdaşları iştirak ediblər. Tədbirdə Bakı Dövlət Universitetini Tələbə Elmi Birliyinin təşkilatı işlər üzrə komitə rəhbəri Günel Quliyeva və Əlaqələndirmə komitəsinin rəhbəri Günay İsmayılova təmsil ediblər. Ədəbi məclisin aparıcısı İqtisad Universitetinin baş biblioqrafı Arzu Məmmədova açıq elan edərək, məclisin əhəmiyyətini vurğulayıb. Sonra söz Kitab evinin rəhbəri Seymur Tağıyevə verilib.O, qonaqları və məclis iştirakçılarını salamlayaraq, bu görüşdən məmnuniyyətini ifadə edib. Daha sonra söz şair Vüqar Əhmədə və tarzən Firuz Əliyevə verilib. Qonaqlar səmimi söhbətləri ilə görüşü daha maraqlı ediblər. Vüqar Əhməd Firuz müəllimin müşayiəti ilə şeirlərini səsləndirib,məclis iştirakçılarının şeirlərini dinləyib, suallarını cavablandırıb. Görüşdə həmçinin Vüqar Əhmədin qızı Almaxanım Əhmədova da muğam parçası səsləndirib. Son olaraq qonaqlar tədbir təşkilatçılarına və ədəbi məclis iştirakçılarına təşəkkürlərini bildirib,xatirə şəkilləri çəkilib.

 

Bookmark and Share