Home AZ | EN | RU

TEB üzvləri Gürcüstan Parlamenti Milli Kitabxanasının baş direktoru ilə görüşdə

09/03/2017

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Gürcüstan Parlamenti Milli Kitabxanasının baş direktoru, “Beynəlxalq Müşfiq mükafatı” laureatı, gənc gürcü yazıçı-şairi Giorgi Kekelidzenin “Quriya gündəlikləri” kitabının təqdimatı keçirilib. Təqdimata Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət xadimləri, alimlər və tələbələr qatılıb.
Tədbirdə BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Birliyinin üzvləri: Pərvin Eyvazov, Pərvin Rəhimov, Günay İsmayılova, Günel Quliyeva, Könül Xəlilzadə, Eltən Allahverdiyeva, Nərmin Mahmudova, Əfsanə İbrahimova, Əfsanə Məmmədova iştirak edib.
Təqdimatda Milli Kitabxananın direktoru, professor Tahir Kərimli, Yazıçılar Birlyinin gənclərlə iş üzrə katibi, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu, BDU-nun Kitabşünaslıq və nəşriyyat kafedrasının dosenti Rasim Süleymanov, AYB-nin İdarə Heyətinin üzvü Pərvin Nurəliyeva və başqaları çıxış edərək gənc yazarın ədəbi və ictimai fəaliyyətindən, kitabdakı hekayələrin bədii-didaktik əhəmiyyətindən danışıblar.
Həmçinin tədbirdə Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazov, TEB-in magistratura pilləsi üzrə koordinatoru Pərvin Rəhimov çıxış edərək “Quriya gündəlikləri” kitabındakı hekayələrin məzmunundan, gənclər üçün tərbiyəvi əhəmiyyətindən, onların bədii strukturu, mövzu-ideya və əsərin azərbaycancaya tərcüməsinin dil-üslub xüsusiyyətlərindən bəhs ediblər.
Sonra söz gənc yazar G.Kekelizdeyə verilib. O kitabın tədqimatına toplanmış hər kəsə təşəkkürünü bildirib. Sonda müəllif iştirakçıların suallarını cavablandırıb, öz imzalı kitablarını oxuculara hədiyyə edib.

 

Bookmark and Share