Home AZ | EN | RU

TEB üzvləri Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş yubiley gecəsində

06/10/2018

Oktyabrın 6-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Tədbir ölkə rəhbəri prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 17 may tarixli Sərəncamına əsasən təşkil olunub. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Mikayıl Müşfiqin həyat və yaradıcılığından söz açıb, şairin faicəvi ömür yolundan danışıb.
Sonra böyük şairin xatirəsinə həsr edilmiş “Ah, bu uzun sevda yolu” tamaşasının premyerası olub. Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Yubiley gecəsində BDU-nun Filologiya fakültəsinin Tələbə Elm Birliyinin üzvləri Murad Əmənov, Qismət Cəfərov, Aygün Əliyeva, Aynur Mustafayeva, Raziyyə Həsənova, Elnarə Talıbova və başqaları iştirak edib.
Tədbir gənc filoloqlar üçün yaddan qalan və maraqlı olub.

 

Bookmark and Share