TEB üzvləri “Nitq bacarıqları” təlimində sertifikata layiq görülüb
03/07/2017“ARES Azerbaijan”ın təşkilatçılığı ilə tanınmış psixoloq Rəvan Soltanov tərəfindən “Nitq bacarıqları” təlimi keçirilib. Təlimdə nitq haqqında ümumi məlumat, nitqin növləri, praktiki yanaşma tərzi, nitqin inkişaf strategiyası, bədən və nitq, FACS və nitq, natiqlik, psixoloji yanaşma tərzi kimi məsələlərə toxunulub, nitq bacarıqlarının sirli məqamları açılıb. Təlimdə Filologiya fakültəsinin Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva, Birliyin fəal üzvlərindən İbrahimova Əfsanə, Məmmədova Aynurə iştirak edib. Təlimdə aktivlik göstərən tələbələrimiz sonda sertifikatla təltif olunub.
