Home AZ | EN | RU

TEB üzvləri “Quş dili və fit dili fenomeni” mövzusunda elmi seminarda iştirak edib

11/04/2019

Nəsiminin 650 illiyi çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Tələbə Elmi Birliyinin birgə təşəbbüsü ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi, gənc alim Günel Məmmədovanın mühazirəsi dinlənilib. “Nəsiminin dili quş dilidir, onu Süleyman bilir ancaq” başlıqlı mühazirələr silsiləsindən  G.Məmmədovanın çıxışı “Quş dili və fit dili fenomeni” mövzusunda olub.
Mühazirəçi quş dili və fit dilinin iki ayrı-ayrı yerdə yaşayan insanların bir-birilə ünsiyyət qurması məqsədilə düşündükləri vasitə olduğunu söyləyib, bu qədim ünsiyyət vasitəsinin tarixindən bəhs edib və qeyd edib ki, Nəsiminin yaşadığı dövrdə də fit dili və quş dilindən istifadə olunub.
Sonra söz iştirakçılara verilib. Tədbirdə iştirak edən BDU-nun Filologiya fakültəsinin tələbələri mövzu ilə bağlı məruzəçiyə suallar ünvanlayıb, bəzi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tələbə Elmi Birliyinin elmi rəhbəri Pərvin Eyvazov və TEB-in sədri Elnarə Talıbova mövzu haqqında fikirlərini bölüşərək məruzəçiyə təşəkkür edib, belə seminarların mütəmadi təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.  
Tədbir haqqında ətraflı məlumatı www.heb.science.gov.az saytından əldə edə bilərsiniz.

 

Bookmark and Share