Home AZ | EN | RU

TEB üzvləri “Türk İslam Sənətləri” Sərgisində iştirak edib

18/04/2018

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə əməkdaşlığı ilə “Türk İslam Sənətləri Sərgisi” keçirilib.
Sərginin açılışında Bakı Yunus Əmrə İnstitutunun müdiri dosent Cihan Özdemir, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Arca Turqaner, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva, ADRA rektoru, akademik Ömər Eldarov, Bursa Böyükşəhər Bələdiyəsi Sosial Xidmətlər Şöbəsinin sədri Şaban Kander, Mədəniyyət və Turizm Nazirliyi sektor müdiri Qalib Qasımov, Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin əmək, iqtisadiyyat, mədəniyyət və turizm üzrə müşavirləri və çox sayda dəvətli iştirak edib.
Açılış nitqi ilə çıxış edən rektor, akademik Ömər Eldarov iştirakçıları salamlayıb, onlara sərgi haqqında ətraflı məlumat verib. Ardınca çıxış edən millət vəkili Qənirə Paşayeva Türk-Azərbaycan qardaşlığından bəhs edib, ortaq milli dəyərlərimizi təbliğ etməyi və onlara sahib çıxmağı vurğulayıb.
Müxtəlif janrlarda işlənmiş 80-dən artıq sənət əsərinin nümayiş olunduğu sərgidə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri - Tələbə Elmi Birliyinin üzvləri Aynur Rzayeva, Səbinə Qurbanova, Aygün Hacıyeva, Aytac Şahbazova, Mədinə Həsənzadə, Minayə Camalova, Arzu Sadıqova, Cavid Quliyev fəal iştirak edib.

Bookmark and Share