Home AZ | EN | RU

TEB üzvləri Türkdilli mənbələrin təqdimatında iştirak edib

24/11/2017

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Şərq fondunda mühafizə olunan türkdilli mənbələrin təqdimatı keçirilib. Kitabxananın “Royalyanı meydançası”nda baş tutan tədbirə respublikanın tanınmış ziyalıları, görkəmli alimlər və tələbələr qatılıb. Təqdimatda BDU-nun Filologiya fakültəsi “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Pərvin Eyvazov, Ramil Bayramov, Anar Fərəcov, Tələbə Elmi Birliyinin üzvləri - magistrantlar Pərvin Rəhimov, Həvva Əhmədova,  Murad Əmənov, Zöhrə İmamverdiyeva, Aysel Məhərrəmova, Bahar Ağayeva, Yeganə Məmmədova, tələbələr Günel Quliyeva və Nigar Əliyeva iştirak edib. Gənc filoloqlar kitabxanadakı türkdilli mənbələr haqqında ətraflı məlumat alıb, görkəmli ziyalılarla tanış olublar.

 

 

 

Bookmark and Share