Tələbə Elmi Birliyinin üzvləri intellektual yarışın qalibi olub
22/04/2017Filologiya fakültəsi Tələbə Elmi Birliyinin İdarə heyəti ( Havva Əhmədova, Günel Əhmədova, Pərvin Rəhimov, Günel Quliyeva) BDU-nun SABAH qrupları THT-nin təşəbbüsü ilə Aprel döyüşlərində şəhid olanların xatirəsinə həsr olunmuş intellektual yarışda iştirak edib. Gərgin keçən mübarizədə TEB-i təmsil edən "Apokalipsis" komandası lll yer qazanıb. Yarışda həmçinin TEB üzvlərindən ibarət "Alpaqud" adı ilə komanda da iştirak edib. Qələbə münasibətilə komanda üzvlərini təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
