Tələbə Elmi Birliyinin yeni dərs ilində ilk iclası keçirilib
20/09/2018Sentyabrın 20-də Tələbə Elmi Birliyinin 2018-2019-cu tədris ili üçün ilk iclası keçirilib. İclas TEB-in idarə heyətinin yeni tərkibinin müəyyənləşməsi və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub. İclası açıq elan edən TEB-in rəhbəri, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov tələbələri salamlayaraq, onları yeni dərs ili münasibətilə təbrik edib. Ötən dərs dilində görülmüş işlərdən danışan P.Eyvazov mövcud problemlərdən və gələcək perspektivlərdən, elmi fəaliyyətlə məşğul olan gənclərə univesitet rəhbərliyinin yaratdığı münbit şəraitdən söz açıb. Tədbirdə iştirak edən “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Anar Fərəcov tələbələrin elmi-ictimai aktivliyi ilə bağlı mühüm məqamlardan danışıb, gələcəyin kadrları kimi onları fakültənin elmi həyatında aktiv olmağa çağırıb. Sonra TEB-in idarə heyətinin yeni tərkibinin müəyyənləşməsi ilə bağlı müzakirələr aparılıb, tərkibə bir sıra dəyişiklliklər olunub.
