Tələbə Elmi Cəmiyyəti akademik yazı qaydaları ilə bağlı seminar təşkil edib
04/04/2023BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Akademik kommunikasiya anlayışı: elmi mətnlərin hazırlanması qaydaları” mövzusunda seminar keçirilib. Seminarda TEC-in elmi rəhbəri Pərvin Eyvazov akademik yazının xüsusiyyətlərindən, elmi mətnlərin hazırlanması qaydalarından bəhs edib, elmi tədqiqat mövzusunun seçilməsi ilə bağlı tələbələrə öz tövsiyələrini verib.
Seminarda həmçinin TEC-in qarşısında dayanan əsas vəzifələrdən, elmi fəaliyyətlə məşğul olmağın faydalarından da bəhs edilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
