Home AZ | EN | RU

Tələbə Elmi Cəmiyyəti ilk onlayn iclas keçirib

22/04/2020

22.04.2020-ci il tarixində BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin ilk onlayn iclası keçirilib. İclası açıq elan edən TEC-in elmi rəhbəri Gülnar Axundova karantin müddətində görülən işlərlə bağlı qısa  məlumat verərək tələbələrin hesabatlarını dinləyib.
Magistratura üzrə koordinator Gülnaz İsaqova və sədr  Məleykə Mirzəli TEC-in həyata keçirdikləri layihələrlə bağlı məruzələr ediblər. M.Mirzəli qeyd edib ki, “Evdə qal, yaradıcılıqdan qalma” adlı layihə  çərçivəsində sosial şəbəkələrdə 20-dən artıq tələbənin yaradıcı bacarıqlarını əks etdirən video və rəsmlər nümayiş etdirilib. O, TGT ilə birlikdə təşkil olunan “Retro music time” adlı yarışın şərtləri ilə, eləcə də digər konfrans və müsabiqələrlə bağlı məlumat verib.
Sonra karantin ərzində boş vaxtlarını dəyərləndirən TEC üzvləri elmi fəaliyyətləri ilə bağlı çıxışlar ediblər. M.Mirzəli TEC-in tərkibində “Türkoloji dərnək” yaratmaq ideyasını təklif edərək onun strukturu haqqında məlumat verib. Gülnaz İsaqova digər elm sahələri üzrə də dərnəklərin yaradılmasını uyğun görüb. İclasda bu dərnəklərin yaradılması, mütəmadi olaraq müxtəlif mövzularda onlayn seminarların keçirilməsi qərara alınıb. Sonda Gülnar Axundova üzvlərin suallarını cavablandırıb.

Bookmark and Share