Home AZ | EN | RU

Tələbə Elmi Cəmiyyəti Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin müzakirəsini keçirib

04/06/2021

BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin müzakirəsi keçirilib. TEC-in sədri Fidan Hüseynovanın moderatorluğu ilə baş tutan tədbirdə I kurs tələbəsi Nigar Xanəliyeva “Yeddi gözəl” əsərində yeddi rəqəminin rolu” adlı  məruzə ilə çıxış edərək maraqlı məqamlara toxunub. Məruzədən sonra mövzu ətrafında müzakirələr aparılıb. TEC-in rəhbəri Gülnar Axundova tərəfindən mövzu ilə bağlı iştirakçılara suallar ünvanlanıb və tələbələrin şəxsi mülahizələri ilə yanaşı, elmi mənbələrə də diqqət yetirilib. Tədbirdə Rəhiməxanım Əlipənahova və Səbinə Əliyeva aktiv fəaliyyətləri ilə seçiliblər.

Bookmark and Share