Home AZ | EN | RU

Tələbə Elmi Cəmiyyəti “Rəsmdən rəssamlığa” adlı onlayn seminar keçirib

07/05/2020

BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin fəal üzvü Büllur Əlizadə “Microsoft Teams” platforması vasitəsilə “Rəsmdən rəssamlığa” adlı virtual seminar keçirib. Tədbiri TEC-in elmi rəhbəri Gülnar Axundova açaraq, bu cür seminarların tələbələrin dünyagörüşündə böyük rol oynadığını söyləyib. Büllur Əlizadə seminarda məşhur rəssamlardan, rəssamlığın spesifik xüsusiyyətlərindən və rəsm çəkmə texnikasından bəhs edərək, təbii boyaların hazırlanmasından, rənglərin həyatdakı harmoniyasından da söz açıb. O, tələbələri çoxsaylı rəsm əsərləri ilə tanış etdikdən sonra, onların suallarını cavablandırıb.
Sonda Büllur Əlizadəyə və seminar iştirakçılarına TEC adından sertifikat təqdim olunub.

Bookmark and Share