Home AZ | EN | RU

Tələbə Elmi Cəmiyyətinin sədri Məleykə Mirzəlinin Türkiyədə elmi məqaləsi nəşr olunub

04/09/2020
BDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri və onun nəzdində yaradılmış Türkoloji dərnəyin rəhbəri Məleykə Mirzəlinin Türkiyədə elmi məqaləsi işıq üzü görüb. Müəllifin “Türk inancında maral kultu” (“Türk İnancında “Geyik” Kültü”) adlı araşdırması “Göçebe Dergisi”nin üçüncü - avqust sayında türk dilində nəşr olunub.
Qeyd edək ki, bu, respublika səviyyəli elmi konfranslarda fəal iştirak edən M.Mirzəlinin xarici jurnalda çap olunmuş ilk məqaləsidir. Məqalənin mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://bilimdili.com/arkeotarih/gocebe-dergisinin-3-sayisi-yayinlandi/?fbclid=IwAR04wYEwB5j5DRKr_CHu3LwybS3UzJOhfdKNNy6N5h0X07BG2xJqYd4b-Kk 

Bookmark and Share