Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Natiqliyin sirləri” mövzusunda təlim keçirilib
19/05/2023BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Elm festivalı” çərçivəsində “Natiqliyin sirləri” mövzusunda təlim keçirilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov açılış nitqi ilə çıxış edib.
Sonra Diksiya Akademiyası MMC-nin təsisçisi, aparıcı, təlimçi Cəlalə Nəzəroğlu düzgün nitqi formalaşdırmağın yolları və əsl natiq olmağın qaydaları haqqında tələbələrlə öz fikirlərini bölüşüb.
Sonda Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Zəhraxanım Rəhimova TEC-in fəaliyyət istiqaməti ilə bağlı məlumat verib, təlimçiyə təşəkkürünü bildirib.
