Tələbə Elmi Cəmiyyətinin yeni tədris ilində ilk iclası keçirilib
01/11/2019BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin cari tədris ilində ilk iclası keçirilib. TEC-in yeni fəaliyyət istiqamətinin, həmçinin idarə heyətinin və üzvlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunan tədbirdə fakültənin dekan müavinləri: Mehriban Əlizadə, Anar Fərəcov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı Gülnar Axundova, elmə xüsusi marağı olan tələbə və magistrantlar iştirak ediblər. İclasda cari tədris ilində TEC-in görəcəyi işlər haqqında fikir mübadiləsi aparılıb, təşkilatın idarə heyətinin strukturu və iş prinsipləri haqqında məlumat verilib. Bu ildən etibarən TEC-in elmi rəhbəri vəzifəsi Gülnar Axundovaya həvalə edilib. Sonda TEC-in idarə heyətinin tərkibi yenidən formalaşdırılıb.
