Home AZ | EN | RU

Tələbə Elmi Cəmiyyətinin üzvləri X Beynəlxalq Türkoloji Konqresdə iştirak edib

24/10/2023

BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Zəhraxanım Rəhimova və IV kurs tələbəsi Mühəmmədəli Ağayev 17-20 oktyabr 2023-cü il tarixlərində Qazaxıstanın Türkistan şəhərindəki Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin təşəbbüsü ilə təşkil olunmuş X Beynəlxalq Türkoloji Konqresdə onlayn formada iştirak ediblər. Konqresdə Zəhraxanım Rəhimova “Qədim abidələrdə feilin şühudi keçmiş zaman formasına tarixi aspektdən yanaşma”, Mühəmmədli Ağayev isə “Azərbaycanda türkoloji dilçiliyin inkişaf istiqamətləri” adlı məruzələrlə çıxış ediblər.

Bookmark and Share