Home AZ | EN | RU

Tələbə Gənclər Təşkilatı “Azərbaycan gənclərinin müharibə dövründə ön və arxa cəbhədə rolu” adlı tədbir keçirib

15/10/2021

BDU-nun Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri üzrə Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə “Azərbaycan gənclərinin müharibə dövründə ön və arxa cəbhədə rolu” adlı onlayn tədbir keçirilib.
Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Elnurə Ağasəfzadə giriş sözü ilə çıxış edərək bildirib ki, Azərbaycan gəncləri 2020-ci il sentyabrın  27-dən etibarən ön cəbhədə əsgər, gizir və zabit kimi torpaqlarımızın azad olunmasında igidlik göstərib, müasir dövrün yeni qəhrəmanlıq tarixini yazıblar. Onlar həm bir mütəxəssis kimi hərbi texnikanın idarə olunmasında iştirak edib, həm də qəhrəmancasına vuruşublar. Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsinin kökündə Prezident İlham Əliyevin uzun illər həyata keçirdiyi uğurlu gənclər siyasəti dayanır.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Nigar Allahverdiyeva gənclərin arxa cəbhədə fəal rolundan, onların informasiya savaşında yüksək vətənpərvərlik ruhu ilə aktiv iştirak etməsindən, sosial şəbəkələrdə Qarabağ həqiqətlərinin və müharibə reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasındakı gərgin əməyindən danışıb.

Bookmark and Share