Home AZ | EN | RU

Tələbə Gənclər Təşkilatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirib

29/12/2021

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbirin aparıcısı - Tələbə Gənclər Təşkilatının sədr müavini Aydan Rüstəmzadə açılış nitqi ilə çıxış edərək, iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.  
Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin bizə ərməğan etdiyi bu gözəl bayramı bu gün dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz böyük qürur hissi və iftixarla qeyd edir. Ötən il Vətən müharibəsində tarixi Zəfərin əldə olunması həm də dünya azərbaycanlılarının nümayiş etdirdiyi birlik və həmrəyliyin nəticəsi idi.
Sonra Tələbə Gənclər Təşkilatının sədr müavinlərinin - Pərvin Axundova və Elnur Ağayevin çıxışları dinlənilib, fakültənin I kurs tələbəsi Fatimə Nağızadə Həmrəylik Gününə həsr olunmuş şeirlər səsləndirib.
Çıxış edənlər Həmrəylik Gününün tarixi əhəmiyyətindən söz açıb, soydaşlarımıza öz bayram təbriklərini çatdırıblar.

Bookmark and Share