Home AZ | EN | RU

Tələbə Gənclər Təşkilatı Füzuli rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirib

17/10/2021

BDU-nun Filologiya Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Füzuli rayonunun işğaldan azad olunmasının ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.
Tələbə Gənclər Təşkilatının sədr müavini Elnurə Ağasəfzadə giriş sözü ilə çıxış edərək bildirib ki, müharibə zamanı Füzulinin işğaldan azad edilməsinin çox böyük əhəmiyyəti var idi. Çünki Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edilmişdi.
Daha sonra Filologiya fakültəsinin I kurs tələbələri - Ülviyyə Orucova, Aydan Rüstəmzadə, Fatimə  Nağızadə, Fəridə Süleymanova və başqaları çıxış edərək, Füzuli uğrunda gedən şiddətli döyüşlərdən, rayonunun işğaldan azad olunmasının mühüm əhəmiyyət daşımasından söz açıb, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi uğurlarla bağlı fikirlərini bölüşüblər.

Bookmark and Share