Home AZ | EN | RU

Tələbə Gənclər Təşkilatı Hadrutun işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirib

12/10/2021

BDU-nun Filologiya və Tarix fakültələri üzrə Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Hadrutun işğaldan azad olunmasının ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbirin aparıcısı Rəhimə Əliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, Hadrut qəsəbəsinin və daha 8 yaşayış məntəqəsinin işğaldan azad edildiyini Azərbaycan Prezidenti, Ali Baş Komandan 2020-ci il oktyabrın 9-da xalqa müraciətində elan edib.
Sonra Tarix fakültəsinin tələbələri Səməndər Cəfərli və Güllü Həsənli, Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Elnurə Ağasəfzadə və başqaları çıxış edərək, Hadrut əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsinin və texnikasının məhv edilməsindən, bu əməliyyatın Ermənistan ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, psixoloji baxımdan da ermənilərə böyük zərbə olmasından söz açıb, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi uğurlarla bağlı fikirlərini bölüşüblər.

Bookmark and Share