Home AZ | EN | RU

Tələbə Gənclər Təşkilatı Qubadlının işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirib

27/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Qubadlı rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı onlayn tədbir keçirilib.
Tədbirin aparıcısı Elnur Ağayev giriş sözü ilə çıxış edərək, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Qubadlı rayonunun 31 avqust 1993-cü ildə Ermənistanın işğalına məruz qalması və 44 günlük Vətən müharibəsində rayonun işğaldan azad olunması uğrunda aparılan uğurlu hərbi əməliyyatlar haqqında məlumat verib.
Daha sonra Filologiya fakültəsinin tələbələri - Rəhimə Əliyeva, Fəridə Süleymanova, Fatimə Nağızadə və fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədr müavini Elnurə Ağasəfzadə çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlamasından, oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Müzəffər Ordumuzun Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan azad etməsindən, Ermənistan ordusunun Qubadlıda xeyli canlı qüvvə və texnikasının məhv edilməsindən, rayonun işğaldan azad olunmasının strateji əhəmiyyətindən, oktyabrın 26-da Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətindən danışıb, Vətən müharibəsində əldə olunan tarixi Zəfərlə bağlı fikirlərini bölüşüblər.

Bookmark and Share