Home AZ | EN | RU

Tələbə Gənclər Təşkilatı “Tarixi abidələrin mühafizəsi” adlı tədbir keçirib

16/04/2022

Aprelin 15-də BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Tarixi abidələrin mühafizəsi” adlı online tədbir keçirilib.
Tədbiri Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədr müavini Aydan Rüstəmzadə açıq elan edərək, Azərbaycanın maddi-mədəniyyət nümunələri olan tarixi abidələrin dövlət səviyyəsində qorunması haqqında məlumat verib.
Sonra Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvü Fəridə Süleymanova Azərbaycanın qədim tarixi abidələri, onların mühafizə olunması, Qarabağda erməni vandalları tərəfindən dağıldılmış abidələrimiz və işğaldan sonra onların bərpası istiqamətində görülən işlərdən söz açıb.
Tədbir çıxışlarla davam edib.

Bookmark and Share