Home AZ | EN | RU

Tələbə Gənclər Təşkilatı Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib

23/02/2022

BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirin aparıcısı Filologiya fakültəsinin I kurs tələbəsi Fəridə Süleymanova giriş sözü ilə çıxış edərək, Xocalı rayonunun tarixi haqqında məlumat verib. Sonra TGT-nin sədr müavini Aydan Rüstəmzadənin və təşkilatın idarə heyətinin üzvü Fatimə Nağızadənin Xocalı soyqırımı ilə bağlı çıxışları dinlənilib. Çıxışlarda bu qədim şəhərin coğrafi-strateji əhəmiyyəti, tarixi-mədəni abidələri haqqında məlumat verilib, ermənilərin xalqımıza qarşı xüsusi qəddarlıqla və böyük amansızlıqla törətdikləri Xocalı qətliamının baş vermə səbəblərindən və onun doğurduğu acı nəticələrdən, bu dəhşətli faciənin dünyada tanıdılması istiqamətində görülən işlərdən və 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə ilə şəhidlərimizin qanlarının yerdə qalmamasından söz açılıb.
Tədbirdə Fatimə Nağızadənin Xocalı soyqırımı ilə bağlı hazırladığı slayd nümayiş olunub.

Bookmark and Share