Home AZ | EN | RU

Tələbə Gənclər Təşkilatı Zəfər Gününə həsr olunmuş tədbir keçirib

07/11/2023

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 08 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şanlı zəfərimiz” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarx və Nərgiz Vəlizadənin hazırladığı təqdimat nümayiş olunub, tələbələrdən Validə Bayramlının çıxışı və  Nuran Yaqubovanın hekayəsi dinlənilib, Səbinə Sadıqova vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, Ayxan Məmmədov gitarada mahnılar ifa edib.

Bookmark and Share