Home AZ | EN | RU

Tələbə Gənclər Təşkilatı “Azərbaycanın Milli Qəhrəmanları” mövzusunda tədbir keçirib

27/03/2022

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının təsis edildiyi günə həsr olunmuş tədbir keçirilib. Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunan tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini Aydan Rüstəmzadə xalqımızın qəhrəmanlıq tarixindən danşıb. Sonra Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvü Fatimə Nağızadə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda misilsiz igidliklər göstərmiş Milli Qəhrəmanlarımız haqqında məlumat verib.

Bookmark and Share