Home AZ | EN | RU

Tələbələrimiz ADU-da keçirilən “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda respublika elmi konfransında iştirak edib

13/04/2019

Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan ADU-nun rektoru akademik Kamal Abdulla millətin, xalqın ən dəyərli simalarından biri olan böyük şəxsiyyətin işığına toplaşıldığını, Hüseyn Cavid adının yalnız ədəbiyyatsevərlər üçün deyil, xalqın bütün zümrələrinə məxsus insanlar üçün əziz olduğunu bildirib. Açılışda BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)” adlı məruzə ilə çıxış edib.
Xaricdən və respublikamızdan çoxsaylı elm adamının qatıldığı konfransda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri - SABAH qrupunun IV kurs tələbəsi Mətanət Rəcəbli və III kurs tələbəsi Əfsanə İbrahimova iştirak edib. Bölmə iclaslarında Mətanət Rəcəbli “Hüseyn Cavid və türk dünyası”, Əfsanə İbrahimova isə “Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilə F.Əttarın “Şeyx Sənan” əsərinin müqayisəli təhlili” mövzusunda məruzələrlə çıxış ediblər. Sonda tələbələrə “Təşəkkürnamə” təqdim olunub.

Bookmark and Share