Tələbələrimiz II Fəxri xiyabanda şəhidlərimizin məzarlarını ziyarət ediblər
14/10/2023BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə II Fəxri xiyabana yürüş keçirilib. Yürüş zamanı tələbələr 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub və qəhrəmanlıqları haqqında çıxışlar ediblər.
