Home AZ | EN | RU

Tələbələrin nəzərinə! “Alimlərimizi tanıdaq” layihəsinin bu həftəki qonaqları

28/02/2017

Əziz tələbələr!
Bildiyiniz kimi, Universitetdə bir sıra tanınmış alim və tədqiqatçılarımız auditoriyalarda tədrislə məşğul olmasa da, onların müəllifi olduqları dərsliklər, dərs vəsaitləri müəllim və tələbələrin tez-tez istinad etdiyi elmi ədəbiyyatlardır. Tələbələrimiz bu alimləri əyani şəkildə tanısın və tədqiqatları ilə yaxından tanış olsun deyə, Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası “Alimlərimizi tanıdaq”  layihəsini həyata keçirməyi qarşısına məqsəd qoymuşdur.
Noyabrın 7-si Filologiya fakültəsinin 092, 093-cü qruplarında Azərbaycan şifahi xalq ədəbiyyatı fənnindən  prof. Səhər Orucovanın  “Ozan-aşıq sənəti. Aşıq şeirinin şəkilləri (qoşma, gəraylı, təcnis, müxəmməs və s.)” mövzusundakı açıq dərsinə Əməkdar mədəniyyət işçisi, fil.f.d. Nemət Qasımlı, aşıq Əvəzxan Xankişiyev, aşıq Babək Şakirli dəvət olunub.
Mart ayından başlayaraq, “Alimlərimizi tanıdaq” layihəsi adı altında kafedranın müəllimləri sillabuslardakı  mövzuya uyğun olaraq, tədqiqatçıları öz mühazirələrinə  dəvət edəcəklər.
Martın 1-i saat 12:00-da dosent Könül Həsənovanın Azərbaycan bölməsində “Qədim türk eposu. Oğuznamələrin türk dastançılığında yeri. (“Oğuz xaqan”)” mövzusunda olan mühazirəsinə professor Füzuli Bayat, martın 2-si  saat 13:50-də professor Səhər Orucovanın Rus bölməsində “Место «Огузнаме» в тюркском дастанном творчестве («Огуз Каган»)” adlı  mühazirəsinə professor Tofiq Məlikli dəvət olunacaq.

Bookmark and Share