Home AZ | EN | RU

Tələbəmiz Fəridə Abiyeva IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

13/05/2017

Mayın 13-də Azərbaycan karateçiləri IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazanıblar. Karatenin kumite yarışında 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı BDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi Fəridə Abiyeva finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək birinci yeri tutub. Bununla da F.Abıyeva “Bakı-2017”də karateçilərimizin ilk qızıl medalının sahibi olub. İdmançıların mükafatlandırılması mərasimində dövlət başçısı cənab İlham Əliyev qaliblərə medallar təqdim edib.
IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı Fəridə Abiyevanın qələbəsi münasibətilə ölkəmizin şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Dövlət Bayrağı qaldırılıb.
AZƏRTAC xəbər verir ki, jurnalistlərə açıqlamasında Fəridə Abiyeva bu tarixi qələbəni Azərbaycan xalqına həsr etdiyini bildirib.
Qeyd edək ki, 2015-ci ildə Bakıda keçirilmiş Avropa oyunlarında qalib gəldiyi üçün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Fəridə Abiyeva ilə görüşərək onu təbrik edib, uğurlar diləyib. Fəridə Abiyeva 5 yaşından karate ilə məşğul olur. 10 qat respublika çempionu, dünya kubokunun sahibi və bir sıra beynəlxalq turnirlərin qalibi olan tələbəmizi ürəkdən təbrik edir, başarılarının davamını arzulayırıq.

Bookmark and Share