Home AZ | EN | RU

Türkoloji dərnəyin təşkilatçılığı ilə Kiyev Milli Universitetinin dosenti T.Arnautun təqdimatında “Qaqauzlar - keçmişdən bu günə” adlı onlayn seminar keçirilib

01/05/2020

01 may 2020-ci il tarixində BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdindəki Türkoloji dərnəyin təşkilatçılığı ilə “Qaqauzlar -  keçmişdən bu günə” adlı onlayn seminar keçirilib. Mövzu ilə bağlı Ukraynadakı Göyoğuz türklərinin məşhur simalarından olan, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutundakı Türkologiya kafedrasının dosenti Tudora Arnaut çıxış edib. Məruzəçi qaqauz türklərinin tarixinə və mənşəyinə nəzər saldıqdan sonra, mədəniyyətlərindən, adət-ənənələrindən bəhs edərək bu dildə çap olunan “Ana sözü” qəzetini, qaqauz dilində olan kitabları, saytları  iştirakçıların nəzərinə çatdırıb.  Qaqauzların qədim və müasir dövrdəki mövcud ədəbiyyatlarından, yazıçılarından da söz açılaraq  qaqauzlarla bağlı slayd və bəzi elektron materiallar da nümayiş olunub. Sonra məruzəçi ona ünvanlanmış sualları cavablandırıb. Sonda qonağa Filologiya fakültəsinin dekanı tərəfindən imzalanmış sertifikat təqdim olunub.

Bookmark and Share