Home AZ | EN | RU

Türkoloji dərnəyin təşkilatçılığı ilə III kurs tələbəsi Məleykə Mirzəli “Azsaylı Duxa türkləri” adlı onlayn seminar keçirib

28/04/2020

28 aprel 2020-ci il tarixində BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində yaradılan Türkoloji dərnək ilk elmi seminarını keçirib. Mövcud karantin şəraiti ilə  əlaqədar olaraq, “Azsaylı Duxa türkləri” adlı seminar  virtual şəkildə baş tutub. Mövzu üzrə TEC-in sədri, “Türkoloji dərnək” layihəsinin rəhbəri, III kurs tələbəsi Məleykə Mirzəli məruzə edib. O, yarımköçəri Duxa türklərinin mənşəyi, tarixi, yaşayış tərzləri və mədəniyyətləri ilə bağlı məlumat verdikdən sonra məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya dayanan Duxa dili haqqında danışıb. O, “dil” termininin şərti şəkildə istifadə edildiyini, əslində isə göstəricilərin “dialekt” olduğunu qeyd edib. Seminarda slayd və bəzi video-çarxlar da nümayiş olunub. Sonra məruzəçi mövzu ilə əlaqədar tələbələrin suallarını cavablandırıb. Sonda Tələbə Elmi Cəmiyyəti tərəfindən məruzəçi və fəal tələbələrə sertifikat təqdim olunub.

Bookmark and Share