Türkoloji dərnəyin təşkilatçılığı ilə türkiyəli türkoloq və səyyah Mehmet Gültəkinin təqdimatında “Sibirdə yaşayan türk xalqları” adlı növbəti onlayn seminar keçirilib
03/05/202003 may 2020-ci il tarixində BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdindəki Türkoloji dərnəyin təşkilatçılığı ilə “Sibirdə yaşayan türk xalqları” adlı onlayn təqdimat keçirilib. Onlayn tədbirdə Filologiya fakültəsinin tələbə, magistr və doktorantları, professor-müəllim heyəti ilə yanaşı, Azərbaycandan və Türkiyədən müxtəlif elm adamları da iştirak edib.
Mövzu ilə bağlı türkoloq-tədqiqatçı və səyyah Mehmet Gültəkin məruzə edərək Sibirdə yaşayan türk xalqlarının tarixindən, dilindən, adət-ənənələrindən söz açıb. Səyyah Sibirdə başına gələn maraqlı əhvalatları da iştirakçıların nəzərinə çatdırıb. Sonra qonaq iştirakçıların suallarını cavablandırıb. Sonda məruzəçiyə Filologiya fakültəsinin dekanı tərəfindən imzalanmış sertifikat təqdim olunub.
Təqdimatı aşağıdakı linklərdən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=J8su9Zmw6H0 ( l hissə)
https://youtu.be/mSnesNI7_is ( ll hissə)
https://youtu.be/2vE5HVnSWyQ ( lll hissə)
