Home AZ | EN | RU

“Türk dünyasının aktual ədəbi problemləri” mövzusunda ustad dərsi

30/03/2022

Martın 30-da BDU-nun Filologiya fakültəsində Türkologiya kafedrasının təşəbbüsü ilə “Türk dünyasının aktual ədəbi problemləri” mövzusunda ustad dərsi keçirilib.
Mövzu üzrə məruzə edən Türkologiya kafedrasının professoru Ramiz Əskər türk ədəbi dünyagörüşü, türk ədəbi fikrinin inkişaf tarixi, türk dünyasının böyük ədəbi şəxsiyyətlərinin yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, ortaq imla və əlifba problemləri türk xalqları arasında həllini tapmamış müzakirə obyekti kimi hər hər zaman xüsusi aktuallıq kəsb edən məsələlərdən biridir. XX əsrin əvvəllərindən başlayaraq indiyənə qədər bu problem bir zərurət kimi türkdilli xalqların hər birinin maraq dairəsində olub.
Ustad dərsi mövzu ilə bağlı müzakirə və çıxışlarla davam edib. İştirakçılar məruzəçiyə suallar ünvanlayıblar.

Bookmark and Share