Home AZ | EN | RU

“Türk qəhrəmanlıq dastanlarında alpların vətən sevgisi” adlı elmi seminar

26/10/2022

Oktyabrın 25-də Filologiya fakültəsi Könüllülərinin təşəbbüsü ilə Qubadlı rayonunun işğaldan azad olunmasının ikinci ildönümünə həsr olunmuş “Türk qəhrəmanlıq dastanlarında alpların vətən sevgisi” adlı elmi seminar keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminarı giriş sözü ilə açan BDU Könüllülərinin sədr müavini və Filologiya fakültəsi könüllülərinin sədri  Rəvan Quliyev “Dəmir yumruq” ideologiyası altında mübarizə aparan Azərbaycan ordusunun qəhrəmanlıq mübarizəsindən bəhs edib.
Sonra söz  Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədova verilib. O, qədim türk dastanlarında Azərbaycan türklərinin vətənpərvərliyindən, alpların vətən sevgisindən danışıb.        
Seminar mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Bookmark and Share