Home AZ | EN | RU

Türkiyənin Fırat Universitetinin müəllimi BDU-nun Filologiya fakültəsinin SABAH qrupunda ustad dərsi aparıb

26/11/2018

Türkiyənin Fırat Universiteti Çağdaş türk dilləri kafedrasının müəllimi, doktor Süleyman Kaan Yalçın BDU-nun Filologiya fakültəsi SABAH qruplarının IV kursunda ustad dərsi aparıb. SABAH qruplarının müəllimi, Filologiya fakültəsinin əməkdaşı Anar Fərəcovun “Ümumi dilçilik” dərsində iştirak edən qonaq “Dilin fəlsəfəsi və sözlərin qavranılması” mövzusunda mühazirə deyib. Mühazirədə türkiyəli alim dillərin yaranması, sözlərin mənası və anlamı, bəşəri dəyərlərin milli dillərdə ifadə imkanları kimi məsələlərdən danışıb, tələbələrlə interaktiv müzakirələr aparıb, onları maraqlandıran sualları cavablandırıb. Sonda xatirə şəkilləri çəkdirilib.

Bookmark and Share